Ukrayna müharibədə qalib gələcək və Rusiya tərəfindən işğal olunmuş əraziləri geri qaytaracaq.
"Unikal" xəbər verir ki, bunu Polşa prezidenti Anjey Duda Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Ukrayna xalqı və hakimiyyəti Polşa və polyaklara arxalana bilər.
"Mən dərindən inanıram ki, Ukrayna qalib gələcək. O, hazırda Rusiya tərəfindən işğal olunmuş bütün əraziləri geri alacaq. Ukrayna Polşanın dəstəyi, eləcə də bütün vicdanlıların dəstəyi sayəsində yenidən qurulacaq”, - deyə Duda bildirib.
O, əmindir ki, Ukrayna daha da güclənəcək və hər şeydən əvvəl daha müasirləşəcək.