Hollandiya Həmkarlar İttifaqları Konfederasiyası (FNV) və digər həmkarlar ittifaqlarının çağırışı ilə ölkənin şimal bölgəsində başlayan 24 saatlıq tətil avqustun 31-dək müxtəlif bölgələrdə növbə ilə davam edəcək.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Rotterdam və Haaqa kimi böyük şəhərlərin yerləşdiyi ölkənin qərb bölgəsində cümə günü 24 saatlıq tətil edəcək dəmiryol işçiləri, gələn bazar ertəsi paytaxt Amsterdamın şimal-qərb bölgəsində tətil edəcəklər. Tətillər çərşənbə axşamı ölkənin ortalarında, çərşənbə günü isə şərq və şimal bölgələrində davam edib.
Şimal bölgəsində tətillə əlaqədar bu gün nəqliyyatda çətinliklər yaranıb.
FNV elan edib ki, tətillərdən sonra hələ də onların tələblərini qəbul etməsə, milli tətillər olacaq.
Ağarza Elçinoğlu