Böyük Britaniya Ukraynaya 54 milyon funt sterlinq dəyərində yardım paketi ayırıb.
"Unikal" xəbər verir ki, bu barədə hazırda Kiyevdə səfərdə olan Britaniyanın Baş naziri Boris Conson açıqlama verib.
Paketə Ukrayna ordusunun Rusiya qüvvələrini daha yaxşı izləməsinə və hədəf almasına imkan verəcək 2000 dron və sursatlar daxildir. Bu dronlar arasında şəhər və kəndlərdə istifadə üçün nəzərdə tutulmuş və yaxınlaşan düşmən qüvvələrini aşkar etmək üçün yerləşdirilən 850 əllə buraxılan Qara Hornet mikro-dronları da var.
Qeyd edək ki, fevral ayında Ukrayna- Rusiya müharibəsi başlayandan bəri Böyük Britaniya Ukraynaya 2,3 milyard funt sterlinqdən çox hərbi və maliyyə yardımı ayırıb.