ABŞ Dövlət Departamenti Qafqazda danışıqlar üzrə yeni baş məsləhətçi təyin edib.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken "Twitter"də paylaşım edib.
"Mən səfir Filip Rikeri Qafqaz danışıqları üzrə baş məsləhətçi və Minsk qrupunun həmsədri təyin etdim. Səfir Rikerin təyinatı Cənubi Qafqazdakı münaqişələrin sülh yolu ilə həllinə sadiqliyimizi bir daha təsdiqləyir", - paylaşımda qeyd olunub.