İndoneziyanın Benqkulu şəhərində 5 bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, ABŞ Geoloji Xidməti ( USGS ) 5 bal gücündə zəlzələnin Benqkulunun 116 kilometr cənub-qərbində və 35 kilometr dərinlikdə olduğunu açıqlayıb.
Bildirilib ki, episentrə yaxın ərazilərdə hiss olunan zəlzələ insan tələfatı və dağıntılara səbəb olmayıb.