SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçovun dəfn mərasimi olmayacaq.

"Unikal" xəbər verir ki, bu barədə RİA Novosti ailəsinə yaxın mənbəyə istinadən məlumat verib.

"Xeyr, dəfn olmayacaq"

Qorbaçov Fondunun nümayəndəsi Vladimir Polyakov bildirib ki, SSRİ-nin birinci prezidenti Mixail Qorbaçovla vida mərasimi sentyabrın 3-də Moskvanın Sütunlar zalında baş tutacaq.

O, qeyd edib ki, mərasim saat 10.00-dan 14.00-dək keçiriləcək, giriş pulsuz olacaq. Polyakov bildirib ki, həmin gün Qorbaçov Novodeviçi qəbiristanlığında dəfn olunacaq.

Mixail Qorbaçov 92 yaşında ağır və uzun sürən xəstəlikdən sonra avqustun 30-da Moskvada Mərkəzi Klinik Xəstəxanada vəfat edib. Siyasətçi Sov.İKP MK- nın sonuncu baş katibi, SSRİ-nin yeganə prezidenti, Nobel Sülh Mükafatı laureatı idi.

“İzvestiya”nın məlumatına görə, siyasətçinin özü xəstəxanaya ölümündən bir müddət əvvəl gəlib, o, adi müayinədən keçmək istəyib. Həkimlər onu müayinə edib, bir sıra prosedurlar yazıb, sonra palataya göndəriblər.

18:48

Keçmiş SSRİ-nin ilk və son Prezidenti Mixail Qorbaçov sentyabrın 3-də dəfn olunacaq.

"Unikal" xəbər verir ki, bu barədə “İnterfaks“ agentliyinə Qorbaçovun qızı İrina məlumat verib.

Sabiq Prezident Novodeviçye qəbiristanlığında torpağa tapşırılacaq. Mərhumla vida mərasimi Moskvada İttifaqlar Evinin Sütunlu salonunda keçiriləcək.

Qeyd edək ki, Mixail Sergeyeviç Qorbaçov uzun sürən xəstəlikdən sonra avqustun 30-da 92 yaşında vəfat edib.