Yaponiyanın keçmiş Baş nazir Yoşiro Morini 2021-ci il prezident seçkilərinə rəhbərlik edərkən 2 milyon yen (təxminən 15 min dollar) rüşvət almaqda şübhəli bilir.
"Unikal" xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.
Bildirilir ki, hazırda Yaponiya prokurorluğu istintaqı davam etdirir və hələlik Yoşiro Moriyə qarşı rəsmi ittiham irəli sürülməyib. "Kyodo"nun məlumatına görə, keçmiş baş nazirin rüşvət alması iddiası Haryuki Takahaşinin işi ilə bağlıdır, o da Oyunların təşkilat komitəsində çalışıb və artıq oxşar ittihamlarla polis tərəfindən həbs edilib.
Vəzifə səlahiyyətlərindən sui-istifadə Yoşiro Mori üçün Olimpiya Oyunları ilə bağlı ikinci qalmaqaldır. Hələ yarışdan əvvəl idman komissiyalarında qadınların sayının artırılmasından danışandan sonra onu seksizmdə ittiham ediblər.