Ermənistanda dövlətə xəyanətə görə ölüm hökmü tətbiq edilə bilər.
"Unikal" xəbər verir ki, bunu Ermənistanın Baş prokuroru Artur Davtyan məlumat verib.
Belə ki, Davtyan bu məsələ ilə bağlı Konstitusiyaya Dəyişikliklər üzrə Şurasının rəhbəri və ədliyyə naziri Karen Andreasyana məktub ünvanlayaraq müvafiq dəyişiklikləri etməyi təklif edib. Onun sözlərinə görə, Baş prokurorluq tərəfindən həyata keçirilən araşdırma göstərib ki, Ermənistan ölüm hökmünün tam olaraq ləğv edilməsi ilə bağlı beynəlxalq-hüquqi öhdəliklərə sahib deyil.