Peyk görüntüləri Pakistanda qeydə alınan daşqınların miqyasını göstərib.
"Unikal" CNN-ə istinadən xəbər verir ki, sel gəlmiş Hind çayı Sind əyalətinin bir hissəsini 100 kilometr enində daxili gölə çevirib.
Hazırda ölkənin bəzi rayonları su altında qalıb. Birləşmiş Millətlər Təşkilatı (BMT) hadisəni tarixdə ən güclü yağış və daşqınlara səbəb olan "steroidlər üzərində musson" adlandırıb.
Daşqınlar nəticəsində 1 162 nəfər ölüb, 3 554 nəfər yaralanıb, 33 milyon insan isə zərər çəkib.
Ağarza Elçinoğlu