İran və Ermənistan sərhəddə birgə ticarət və texnologiya şəhərləri tikəcək
"Unikal" İRNA-ya istinadən xəbər verir ki, Şərqi Azərbaycan vilayətinin qubernatoru Abedin Xorram Azərbaycan Respublikasına səfərindən sonra qonşu ölkələrə ikinci səfəri zamanı bu əyalətin iqtisadi və ticarət xadimlərindən ibarət nümayəndə heyətinə rəhbərlik edib.
Əyalət ticarət və iqtisadi nümayəndə heyətinin Ermənistandakı məqsədlərinə toxunan Xorrəm qeyd edib ki, bu səfərin ən mühüm məqsədləri “gömrük və nəqliyyat məsələlərini izləmək, iki ölkə sərhədində müştərək ticarət şəhəri və İran və Ermənistan arasında müştərək texnologiya şəhərinin yaradılmasıdır.
"Bu səfər sərhəd imkanlarından istifadə və vilayətin beynəlxalq əlaqələrinin inkişafı və hökumətin malik olduğu səlahiyyətlər əsasında həyata keçirilir", - Xorram jurnalistlərə bildirib.
Onun sözlərinə görə, qonşu dövlətlərlə münasibətlərin inkişafı və regional bazarlarda fəal iştirak 13-cü hökumətin diplomatiya sahəsində siyasətinin əsas və strateji istiqamətlərindən biridir və “Şərqi Azərbaycan bir neçə dövlətin qonşuluğunda olmaqla, bölgədəki əhəmiyyətli dövlətlərin bu siyasətin həyata keçirilməsində əhəmiyyətli qatqısı var."
“Bu səfər zamanı həmçinin ölkənin iqtisadiyyat naziri, ətraf mühit naziri, regional idarəetmə və infrastruktur naziri, iqtisadiyyat nazirinin müavini kimi dövlət rəsmiləri ilə görüşlər və danışıqlar planlaşdırılır.