Rumıniya təqribən 300 milyon dollar dəyərində logistik dəstəklə birlikdə Türkiyənin "Baykar" şirkətindən üç pilotsuz uçuş aparatı (PUA) sistemi almağı planlaşdırır.
"Unikal" xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik bildirib ki, avqust ayının əvvəlində parlamentdən silahlı qüvvələrdə istifadə olunan silahların modernləşdirilməsi çərçivəsində Rumıniya quru qüvvələri üçün ümumilikdə 18 ədəd "Bayraktar" TB2 pilotsuz təyyarəsinin alınması üçün tender prosedurunu təsdiqləməsi üçün müraciət edib.
"Təsdiqi tələb olunan satınalma, maliyyə imkanlarından asılı olaraq 2022-ci ildən başlanacaq", - nazirliyin bəyanatında deyilir.