Fransa lideri Makron Rusiya ilə dialoqunu müdafiə edərək , Türkiyə ilə bağlı diqqətçəkən etiraflar edib. Makron, "Kim istəyər ki, Türkiyə Rusiya ilə danışmağa davam edən tək dünya gücü olsun?" ifadəsini işlədib.
"Unikal" xəbər verir ki, Fransa səfirlərinin Yelisey sarayındakı görüşündə çıxış edən Makron Ukraynaya hücumdan sonra sülhə nail olmaq üçün Rusiya ilə dialoqun zəruriliyinə diqqət çəkib.
Fevralın 24-də Rusiya hücumlarına başladıqdan sonra Rusiya prezidenti Vladimir Putinlə bir neçə dəfə telefon danışığı edən Makron dialoqla bağlı fikirlərini “Kim istəyər ki, Türkiyə Rusiya ilə danışmağa davam edən yeganə dünya gücü olsun?” ifadəsini işlədib.
Onları zəiflədəcək "yanlış əxlaqlara" təslim olmamaları lazım olduğunu dilə gətirən Makron, "Diplomatın işi hər kəslə, xüsusən də fikir ayrılığına düşdüyünüz şəxslərlə danışmaqdır. Müttəfiqlərimizlə koordinasiyalı şəkildə danışmağa davam edəcəyik" deyə bildirib.
Dünya güclərinin “danışıqlı sülhə” hazırlaşmasılazım olduğunu söyləyən Makron bunun vaxtının və şərtlərinin Ukraynadan asılı olduğunu vurğulayıb.
"Biz uzun müharibəyə hazır olmalıyıq. Eskalasiyadan qaçmalı və sülhə hazırlaşmalıyıq", - Makron bildirib.