İtaliyanın keçmiş baş naziri Silvi Berluskoni ilk videosunda gənclərə müraciət edərək, TikTok sosial şəbəkəsində profil açıb.
"Unikal" xəbər verir ki, bunu İtaliyanın IL tempo qəzeti qeyd edib.
"Bu platformada 5 milyondan çox insan var və 60%-niz 30 yaşdan aşağısınız: Sizə bir az paxıllıq edirəm, amma yenə də sizi çox təbrik edirəm", - Berluskoni vurğulayıb.
O, öz fraksiyasına yaxın olan və italyan gənclərini narahat edən məsələləri müzakirə etmək üçün şəxsi TikTok yaratdığını qeyd edib.
"Biz sizin gələcəyinizi və İtaliyanı sizə yeni imkanlar və arzularınızı həyata keçirmək şansı verə biləcək bir ölkəyə necə çevirmək istədiyimizi müzakirə edəcəyik" deyə siyasətçi qeyd edib.