ABŞ-ın keçmiş Prezidenti Donald Tramp hazırkı dövlət başçısı Co Baydenin onu ekstremist adlandırmasına cavab olaraq onu dəli kimi xarakterizə edib.
"Unikal" xəbər verir ki, o, bu barədə sosial şəbəkədə paylaşım edib.
“Kimsə Co Baydenə MAGA-nın nə demək olduğunu izah etməlidir... əgər o, Amerikanı yenidən möhtəşəm etmək istəmirsə, sözlərinə, hərəkətlərinə və düşüncələrinə görə, istəmirsə, o zaman ABŞ-ı mütləq təmsil etməməlidir. Bayden Amerikanı təhdid edən qəzəbli və qəribə bir çıxış etdi. Bayden dəli olmalı və ya demensiya (ömür boyu qazanılan düşünmə bacarıqlarının itirilməsi – Red) əziyyət çəkməlidir”-deyə, o bildirib.
Bundan əvvəl Bayden xalqa müraciətində demişdi ki, sələfi Tramp və onun “Amerikanı yenidən möhtəşəm et” (MAGA) hərəkatının tərəfdarları Amerikanı təhdid edən ekstremizmi təmsil edirlər.