Roma Papası Fransisk bu gün üçüncü dünya müharibəsinin davam etdiyi deyib və Ukrayna xalqı üçün "xüsusi şəkildə" dua etməyə çağırıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, İkinci Dünya Müharibəsinin başlanmasının ildönümü ərəfəsində auditoriyadakı polşalı iştirakçılar qarşısında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, çox ağrılı iz buraxan İkinci Dünya Müharibəsinin başlanğıcını hər kəs xatırlayır və bu gün dünya üçüncü müharibəni yaşayır.
"Keçmiş təcrübələrin xatirəsi sizi özünüzdə, ailələrdə, ictimai və beynəlxalq həyatda sülhün qayğısına qalmağa təşviq etsin", - papa qeyd edib.
Ağarza Elçinoğlu