Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin növbəti dəfə təxribatçı çıxış edib. Bu dəfə o, Azərbaycanın ərazi bütövlüyünə zidd olan sözlər səsləndirib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Zatulin bu gün Ermənistanın Qarabağda yaratdığı qondarma terrorçu rejimi "respublika günü" münasibətilə təbrik edib.
O, "Dağlıq Qarabağ" sözünü dəfələrlə istifadə etməkdən də çəkinməyərək bildirib ki, Ukraynanı işğal edən rusların da Qarabağda yaşayan ermənilər kimi "ədalətli dünya"ya ehtiyacı var.
Ağarza Elçinoğlu