2022-ci ilin iyul-dekabr aylarında Rusiya BMT ilə sazişlər çərçivəsində xarici bazarlara 30 milyon tona qədər taxıl tədarük etməyə hazırdır.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Bu gün Rusiya beynəlxalq tərəfdaşlar qarşısında bütün öhdəliklərini yerinə yetirməkdə davam edir və BMT ilə razılaşmalar çərçivəsində 2022-ci ilin ikinci yarısında xarici bazarlara 30 milyon tona qədər taxıl tədarük etməyə hazırdır", - hesabatda deyilir.
Nazirlik qeyd edib ki, Rusiya 2022-ci ildə demək olar ki, bütün sahələrdə kənd təsərrüfatı məhsullarının istehsalını artıra biləcək dünyada nadir ölkələrdən biridir. Dövlət daxili bazarda tələbatı tam ödəyə və dünya aclığı ilə mübarizəyə kömək edə biləcək.