Tvitter sosial şəbəkəsi yeni funskiyasını istifadəçilərinin ixtiyarına verməyə hazırlaşır.
"Unikal" xəbər verir ki, bu barədə şirkətin rəsmi səhifəsi məlumat yayıb.
Bildirilib ki, sentyabrın sonuna qədər şəbəkənin ödənişli istifadəçiləri paylaşımlarını redaktə edə biləcəklər. Dəyişiklikləri etmək üçün isə onlara 30 dəqiqə vaxt veriləcək.
Yeniliyin ödəniş etməyən abunəçilər üçün nə zaman istifadəyə veriləcəyi isə hələlik bəlli deyil.