İran Hərbi Dəniz Qüvvələri Qırmızı dənizdə ABŞ-ın 5-ci donanmasına məxsus iki pilotsuz su aparatını ələ keçirib.
"Unikal" xəbər verir ki, iki ədəd “Saildrone Explorer” pilotsuz aparatı İranın “Camaran” esminesinin göyərtəsində görüntülənib. Təsvirləri İran dövlət televiziyası yayıb.
Bildirilib ki, hər iki aparat beynəlxalq dəniz sularında aşkar olunub.
Qeyd edək ki, “Saildrone Explorer” günəşlə işləyən və dəniz trafikinə nəzarət etmək üçün avadanlıqla təchiz edilmiş pilotsuz yelkənli qayıqdır. O, mülki texnologiyalarla təchiz edilib.
ABŞ Hərbi Dəniz Qüvvələrindən bildirilib ki, pilotsuz aparatların göyərtəsində heç bir məxfi məlumat olmayıb.