Avropa Futbol Assosiasiyaları İttifaqı ( UEFA ) maliyyə feyr-pleyini pozduğuna görə 8 klubu cərimələyib.
"Unikal" xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Fransanın Paris Saint-Germain klubu ən böyük on milyon avroluq cəriməni alıb. Həmçinin məhkəmə prosesi nəticəsində İtaliyanın “Roma”sı (beş milyon), “İnter” (dörd milyon), “Yuventus” (3,5 milyon), “Milan” (iki milyon), Türkiyənin “Beşiktaş” (600 min), Fransanın “Marsel” və “Monako” (hər biri 300 min).
Bundan başqa, komandalar UEFA ilə müqavilə bağlayıb və ona əsasən əlavə məbləği tuta bilərlər. Bu, klubların müəyyən edilmiş şərtləri yerinə yetirməsindən asılı olacaq.