Episentri Baqlan velayati olan Əfqanıstanda 4,9 bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, ABŞ Geoloji Xidməti yerli vaxtla saat 21.30-da baş verən 4,9 bal gücündə zəlzələnin 16,4 kilometr dərinlikdə baş verdiyini açıqlayıb.
Zəlzələ ətraf əyalətlərdə, xüsusilə də paytaxt Kabildə, Özbəkistan və Tacikistanın sərhədyanı rayonlarında hiss olunub.
dağıntılar və itkilər olub-olmaması ilə bağlı məlumat verilmir.
Qey edək edək ki, ölkədə, xüsusən də kənd yerlərində infrastrukturun olmaması, gildən evlərin tikilməsi səbəbindən zəlzələlərdə insan tələfatı çox olur.