Bolqarıstanda yağan güclü yağış səbəbindən yollar bağlanıb, Ədirnəyə yaxın bölgədə bir çox yerdə daşqınlar baş verib.

"Unikal" xəbər verir ki, Bolqarıstan - Ədirnə sərhədində baş verən daşqın səbəbindən Bolqarıstan hakimiyyəti gömrük qapısından nəqliyyat vasitələrinin qəbulunu dayandırıb.

Bolqarıstanda yağan güclü yağış səbəbindən yollar bağlanıb, çoxlu maşınlar yolda qalıb. Bolqarıstan hakimiyyəti gömrük qapısından nəqliyyat vasitələrinin alışını dayandırıb. Ədirnə Kapıkuledən Bolqarıstana gedən avtomobillər geri qayıtmalı olub.

Kapıkule Sərhəd Qapısında uzun avtomobil növbələri yaranıb.