Kolumbiyanın mərkəzi hissəsindəki Huila inzibati bölgəsində bombalı və silahlı hücum olub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 2 patrul maşını sosial yardım proqramından Neiva şəhərinin San Luis qəsəbəsinə qayıdarkən insident yaşanıb.
Yolun çətin olduğu bölgədə bomba, daha sonra isə uzun lüləli silahlarla hücuma məruz qalan 2 patrul maşınına atəş açılıb, 8 polis əməkdaşının həyatını itirdiyi bildirilib.
Hücumun səbəbkarları hələ müəyyən edilməsə də, Huila bölgəsində 2016-cı ildə Kolumbiya hökuməti ilə imzalanan sülh müqaviləsinə qarşı çıxan Kolumbiyanın keçmiş İnqilabçı Silahlı Qüvvələrinə (FARC) aid qrupların olduğu məlumdur.