İstanbul şəhərinin Fatih bölgəsindəki idman zalında silahlı insident yaşanıb.
"Unikal" "Habertürk"ə istinadən xəbər verir ki, hadisə ötən gün saat 22:00 radələrində Fatih rayonu Seyyid Ömər məhəlləsində baş verib.
Məlumata görə, Sırrıpaşa küçəsində idman zalına gələn Ceyhun Ələkbərova naməlum səbəbdən 2 nəfər atəş açıb. Açılan atəş nəticəsində Ələkbərov həyatını itirib, şübhəlilər isə hadisə yerindən qaçıblar. İşçilər dərhal polisə və sağlamlıq qruplarına vəziyyətlə bağlı məlumat veriblər.
Hadisə yerinə gələn polis araşdırmalara başlayıblar.
Gülayə Mecid