Rusiyanın Kamçatka bölgəsində Klyuçevskaya Sopka vulkanına qalxarkən beş turist yıxılaraq ölüb, daha ikisi yaralanıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Altay, Primorsk, Kamçatka diyarının, Moskva, Novosibirsk və Vladimir vilayətlərinin sakinləri olan turistlər vulkana qalxmağa başlayıb.
4000 metr yüksəklikdə beş turist yıxılaraq ölüb, daha ikisi yaralanıb. Onların arasında olan bələdçi də ayağını sındırıb.