Rusiya xarici işlər naziri Sergey Lavrov və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
XİN başçıları ikitərəfli əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər, beynəlxalq və regional məsələlər üzrə sıx koordinasiyanı davam etdirmək barədə razılığa gəliblər.