Əl-Şəbab terrorçuları Somalidə mülki vətəndaşları öldürüb və ərzaq yardımı ilə yüklənmiş yük maşınlarını güllələyiblər.
"Unikal" "Əlcəzirə"yə istinadən xəbər verir ki, Somalinin mərkəzi bölgəsində gecə saatlarında həyata keçirilən hücumda ən azı 18 mülki vətəndaş öldürülüb və ərzaq yardımı ilə yüklənmiş yük maşınları məhv edilib.
Sakinlər bildiriblər ki, yük maşınları Baladueyne şəhərindən Mahas şəhərinə ərzaq tədarükü aparırdı.
Aynurə Xudaverdiyeva