Argentinanın Tukuman vilayətində mənşəyi məlum olmayan pnevmoniyaya yoluxma hallarının sayı 11-ə çatıb.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin məlumatında bildirilib.
"11-ci yoluxan şəxs xroniki xəstəlikləri olan 64 yaşlı kişi olub. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və süni nəfəs aparatına qoşulub", - deyə məlumatda qeyd olunub.