Qəzzada beş nəfər edam edilib, onlardan ikisi İsrailin xeyrinə casusluqda, üçü isə qətldə günahkar bilinib.
"Unikal" xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən yazılı açıqlamada məhbus NE 2001-ci ildə İsrail kəşfiyyat xidmətləri ilə əlaqə saxlaması nəticəsində bəzi fələstinlilərin şəhid olmasına səbəb olduğunu və HS -nin 1991-ci ildə Fələstin mübarizə qrupunun liderlərinin qaldığı yerlər barədə İsrailin tələb etdiyi bütün məlumatları verdiyini bildirib.
Açıqlamada, 3 nəfərin, eləcə də İsrail adına casusluq edən 2 nəfərin qətlə görə edam cəzasına məhkum edildiyi bildirilib.