İsrail kəşfiyyatını "Mossad"ın rəhbəri sentyabrın 5-də İranla nüvə sazişi üzrə danışıqlar aparmaq üçün Vaşinqtona gedəcək.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu İsrailin baş naziri Yair Lapid bildirib.
Onun sözlərinə görə, İranla nüvə sazişi ilə bağlı İsrailin Vaşinqtona təqdim etdiyi qeyd-şərtlər nəzərə alınıb.