İngiltərədə hakim Mühafizəkarlar Partiyası daxilində liderlik yarışında səsvermə prosesi dünən başa çatıb. Partiyanın 200 min nümayəndəsinin seçə biləcəyi prosesdən sonra qalib partiya sədrliyi ilə yanaşı baş nazir kürsüsünə də oturacaq. Digər tərəfdən, Kraliça II. Elizabet ölkənin yeni liderini ilk dəfə Şotlandiyada qəbul edəcək.
"Unikal" xəbər verir ki, həftələrlə davam edən yarış 47 yaşlı xarici işlər naziri Liz Truss ilə 42 yaşlı keçmiş maliyyə naziri Rişi Sunak arasında olub.
Başlanğıcda Sunakın adı liderlik üçün məşhur olsa da, Boris Conson cəbhəsi keçmiş maliyyə nazirinə qarşı mövqe tutduqca tarazlıq Liz Trussın xeyrinə dəyişdi. Sunak seçilərsə, Böyük Britaniyanın Hindistan əsilli ilk baş naziri olacaq.
Avqustun əvvəlindən partiya nümayəndələrinin onlayn və ya poçt vasitəsilə səs verdiyi seçkinin nəticələri sabah açıqlanacaq. Bundan bir gün sonra baş nazir Boris Consonun istefasını Kraliça II Yelizavetaya təqdim edəcəyi gözlənilir.