İranda 43 ildən sonra kinoteatrlarda xarici film nümayiş olunub.
"Unikal" xəbər verir ki, Faysal Soysalın rejissorluğu ilə xarici film adı olan “Qoz ağacı” filmi İranda kinosevərlərə təqdim olunub.
43 ildən sonra İranda kinoteatrlarda nümayiş etdirilən ilk xarici film, 20 mükafat qazanan və rejissoru Faysal Soysal olan və Türkiyənin Oskar mükafatına namizədləri arasında yer alan "Qoz ağacı" İranda kinosevərlərlə görüşüb.
Baş rollarda Serdar Orçin, Sezin Akbaşoğulları, Kübra Kip, Mert Yavuzcan, Şebnem Dilligil və Rıza Akın rol aldığı Türkiyə-İran birgə istehsalı olan filmin premyerası Tehranda çəkiliş qrupunun və baş rol ifaçılarının iştirakı ilə baş tutub.
Qalaya məşhur iranlı rejissor Məcid Məcidi ilə yanaşı, bir çox məşhur İran aktyorları qatılıb, qonaqlar arasında Türkiyənin Tehrandakı səfiri Derya Örs də olub.