Rusiyanın Çindəki səfiri Andrey Denisov istefa verib.
"Unikal" xəbər verir ki, o, tezliklə vəzifəsini tərk edəcək.
“Bəli, həqiqətən də, Çin Xarici İşlər Nazirliyinin və digər ölkələrin Pekindəki diplomatik nümayəndəliklərinin artıq bildirdiyi kimi, vəzifəmi yaxın vaxtlarda tərk edirəm”, - diplomat vurğulayıb.
Qeyd edək ki, Denisov məşhur rus diplomatıdır. 1974-cü ildə MDBMİ-ni bitirmiş, tərcüməçi, SSRİ-nin ÇXR-də iqtisadi və ticarət nümayəndəsi vəzifələrində çalışmışdır. Çin və ingilis dillərində danışır. 2013-cü ildən bəri Denisov Rusiyanın Çindəki fövqəladə və səlahiyyətli səfiridir. O, diplomatik karyerasına 1992-ci ildə Rusiyanın Çindəki səfirliyində müşavir kimi başlayıb.