ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan işini başa vuraraq Moskvanı tərk edib.
"Unikal" vesti.ru-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Rusiyadakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.
Hələlik onun səlahiyyətlərini ABŞ-ın Rusiyadakı missiyasının rəhbərinin müavini Elizabet Rud yerinə yetirəcək.
Xatırladaq ki, Con Sallivan 2020-ci ilin fevralında səfir təyin edilib. Onun namizədliyi ABŞ-ın 45-ci prezidenti Donald Tramp tərəfindən irəli sürülüb.