Almaniyanın Duysburq şəhərində kiçik təyyarə "FlicFlac" sirkinin dayanacağına çırpılıb.

"Unikal" xəbər verir ki, yanğınsöndürmə idarəsindən verilən açıqlamaya görə, yerli vaxtla saat 14:53-də baş verən hadisədə 8 avtomobil yanıb və soyutma prosesi davam edir.

Qəza nəticəsində təyyarədə olan 2 nəfər ölüb.

Hadisə ilə bağlı araşdırmalar davam edir.