Bazar günü Yaponiya sahillərində 5,3 bal gücündə zəlzələ qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri 50 min insanın yaşadığı Tateyama şəhərindən 375 km cənub-şərqdə olub.
Sunami təhlükəsi barədə məlumat verilməyib.