Bolqarıstan rusiyalı turistlər üçün viza rüsumunu 35 avrodan 80 avroya qaldıracaq.
"Unikal" xəbər verir ki, bu barədə Bolqarıstanın turizm naziri İlyin Dimitrov BNT telekanalına müsahibəsində bildirib.
O xatırladıb ki, əvvəllər ruslar sadələşdirilmiş viza rejimindən istifadə edirdilər. Nazir vurğulayıb ki, rusiyalıların ölkəyə girişinə qadağa qoyula bilər, lakin onlar üçün viza qiymətlərinin artırılması da mümkündür.
"Bu, Aİ-nin qərarıdır, onunla tam razı deyilik, lakin bu, nəzərə alınmalı olacaq", - Dimitrov bildirib.
Onun sözlərinə görə, ilin əvvəlindən 60 mindən çox Rusiya vətəndaşı Bolqarıstana səfər edib, 70%-dən çoxunun dəniz kənarında daşınmaz əmlakı var.