Pakistanda iyunun 14-dən bəri davam edən musson yağışları nəticəsində həyatını itirənlərin sayı 1314 nəfərə çatıb.
"Unikal" xəbər verir ki, Pakistan Milli Fəlakət İdarəetmə Agentliyinin (NDMA) məlumatına görə, iyunun 14-dən bəri davam edən yağışlar nəticəsində 458-i uşaq və 262-si qadın olmaqla 1314 nəfər ölüb, 12703 nəfər yaralanıb.
Yağışlar nəticəsində bir milyon 682 min 726 evə ziyan dəyib, onlardan 557 min 891-i tamamilə dağılıb.
Ümumilikdə 5 min 735 kilometr yol, 246 körpü və 173 iş yeri dağıdılıb, 750 min 405 təsərrüfat heyvanı tələf olub.
Pakistanda daşqınlar ölkəyə ən azı 10 milyard dollar ziyan vurub.