Kiyev rejimi oktyabrın 1-dən qadınları hərbi uçota almağa başlayacaq.
"Unikal" xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin "Telegram" kanalında məlumat yayıb.
Onun sözlərinə görə, hətta hamilə qadınlar və azyaşlı uşaqları olan qadınlar da nəzarətə götürüləcək.
“Vaşinqton və Brüssel Zelenskidən sonuncu Ukraynalıya qədər müharibə aparmağı tələb edirlər. Onlar üçün qadınlar sadəcə xərclənən materialdır”, - deyə parlamentari yazıb.
Volodin Zelenskinin həyat yoldaşının Ukraynada olmamasına da diqqət çəkib.
"Nə qədər ki, Ukrayna qadınlarının ölkəni tərk etmək, ondan istifadə etmək və başqa dövlətə köçmək imkanı var, əks halda bunların hamısı səfərbərliklə yekunlaşacaq..." ,- deyə o, bildirib.
Gülayə Mecid