Rusiya və Çini birləşdirən Amur çayı üzərindəki kanat yolunun tikintisi Aİ-nin sanksiyaları səbəbindən bir il müddətinə təxirə salınıb.
"Unikal" xəbər verir ki, bu barədə Amur vilayətinin qubernatoru Vasili Orlov bildirib.
"Fransızlar AB-nin tələblərinə görə tikinti üçün lazım olan avadanlıqları bizə vermirlər, çünki kanat avtomobilləri lüks mallar kimi təsnif edilir və lüks mallar sanksiyalara məruz qalıb", - qubernator qeyd edib.
Buna baxmayaraq, layihə investorları fransız texnologiyasına alternativ tapmaqda maraqlıdırlar: "Çin və Rusiya iş adamlarının birgə səyləri ilə dünyada ilk transsərhəd layihəsinə 5 milyard rubldan çox (təxminən 140 milyon 795 min manatdan çox) sərmayə qoyulub ki, bu da qismən onun həyata keçirilməsi üçün belə bir canfəşanlıq yaradır".
Ağarza Elçinoğlu