ABŞ-ın keçmiş prezidenti Donald Tramp Co Baydeni dövlətin düşməni adlandırıb.

"Unikal" bu haqda BBC-yə istinadən xəbər verir.

Pensilvaniya ştatının Uilks-Barre şəhərində minlərlə tərəfdarı qarşısında çıxış edən keçmiş ABŞ prezidenti Baydeni ona qarşı FTB-dən istifadə etməkdə ittiham edib.

Donald Tramp bildirib ki, basqın Amerika tarixində istənilən administrasiya tərəfindən səlahiyyətdən ən şok edici sui-istifadələrdən biri olub.

Aynurə Xudaverdiyeva