Ermənistan Silahlı Qüvvələrinin Raket Qoşunları və Artilleriya İdarəsinin keçmiş rəisi, general-mayor Armen Arutyunyan keyfiyyətsiz artilleriya mərmilərinin alınması ilə bağlı cinayət işi üzrə iki aydan artıq həbsdə saxlandıqdan sonra zaminə buraxılıb.
"Unikal" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə onun vəkili Akop Yenokyan məlumat yayıb.
Xatırladaq ki, avqustun 17-də Milli Təhlükəsizlik Xidmətində araşdırılan cinayət işi çərçivəsində Armen Arutyunyan saxlanılıb.
Buna səbəb, Arutyunyanın 1 milyon 83 min ABŞ dollarına keyfiyyətsiz artilleriya mərmiləri almaq üçün müqavilə imzalaması olub. Və bu Ermənistan üçün ciddi maddi problemlər yaradıb.
Aynurə Xudaverdiyeva