İranın Kirman əyalətində zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, yeraltı təkanlar Kirman əyalətinin Sirəc şəhəri yaxınlığında Rixter cədvəli üzrə 4,1 bal gücündə qeydə alınıb.
Hələlik dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.