Cənubi Koreya, Yaponiya və Tayvan tədricən Rusiyadan kömürdən imtina etməyə başlayıblar.
"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” nəşri məlumat yayıb.
"Yaponiya və Tayvan tədarükləri ən yüksək sürətlə azaldır. Yaponiya 8,4 milyon ton kömür alıb ki, bu da bir il əvvəlkindən 25% azdır. Tayvan idxalı 33,3% azaldaraq 4,4 milyon tona çatdırıb. Cənubi Koreya 12,8 milyon (3% az) idxal edib", - deyə KİV qeyd edib.
Nəşrin məlumatına görə, Yaponiya və Cənubi Koreya tarixən Rusiya enerjisinin və kokslaşan kömürün ən böyük istehlakçıları olub.