Yunanıstan Hərbi Hava Qüvvələri NATO əməliyyatı çərçivəsində tapşırığı yerinə yetirən Türkiyə dəniz patrul təyyarəsini ələ keçirməyə cəhd edib.
"Unikal" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Yunanıstan Hərbi Dəniz Qüvvələri NATO Dəniz Mühafizəsi missiyası çərçivəsində Aralıq dənizində təhlükəsizlik tapşırıqlarını yerinə yetirən Türkiyə dəniz patrul təyyarəsini ələ keçirməyə cəhd edib. Türkiyə Milli Müdafiə Nazirliyi təyyarənin silahlı olmadığını vurğulayıb. Departamentdən bildirilib ki, Yunanıstan tərəfinin hərəkətlərinə adekvat cavab verilib", - məlumatda deyilir.
Yunanıstan və Türkiyə arasında münasibətlər son illər ərazi mübahisələri səbəbindən ciddi şəkildə pisləşib. İki ölkə dəniz zonaları ilə bağlı razılığa gələ bilmir.
Gülayə Mecid