Avropa diplomatiyasının rəhbəri Josep Borrell Aİ-nin Praqada keçirilən parlamentlərarası konfransında çıxışı zamanı bəzi Aİ ölkələrinin vətəndaşlarının anti-Rusiya sanksiyalarından bezdiyini etiraf edib.
"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Onun sözlərinə görə, indi avropalıları qarşıdan gələn qış və enerji böhranının nəticələri daha çox narahat edir. O, çıxışı zamanı onlara sanksiyaların zəruriliyini izah edəcəyinə söz verib.
“Rusiyaya bəzi ölkələrimizin yaşadığı sanksiyaların yorğunluğundan istifadə etmək imkanı verilə bilməz. Bu güc sınağı davam edəcək. Biz vətəndaşlarımızla danışmalı və hazırkı böhranda məsuliyyətimizin nəyə bənzədiyini izah etməli, həmçinin Rusiyadan strateji enerji asılılığımızı aradan qaldırmaq üçün səylərin vacibliyini vurğulamalıyıq”, - Borrell bildirib.
Avropa diplomatiyasının rəhbəri həmçinin “bir çox ölkələrin, xüsusən də Afrikanın hökumət dairələrinə və mediasına” nüfuz edən “Rusiya təbliğatı”nın işindən narahatlığını ifadə edib və “energetika böhranında Aİ sanksiyalarını günahlandırır”.
Bundan əvvəl Borrell bildirib ki, Aİ ölkələri Rusiya ilə sadələşdirilmiş viza rejimindən tamamilə imtina barədə razılığa gəliblər.