Ermənistanda keçmiş deputat Mher Sedrakyan həbs edilib.
"Unikal" erməni KİV-ə istinadən xəəbr verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
"Milli Məclisin keçmiş deputatı Mher Sedrakyan bu gün Baş Prokurorluğa gələrək, təslim olub", - deyə bəyanatda qeyd olunub.
Prokurorluq bildirib ki, məhkəmə prokurorluğun təqdim etdiyi vəsatət əsasında Sedrakyanın əmlakına qarşı iddianın ilkin təminatı vasitəsi kimi həbs tətbiq edib.