ABŞ-Meksika sərhədinin hər iki tərəfindəki nümayəndələri Rio Qrandeni keçməyə çalışarkən ölən 9 miqrantın cəsədini aşkar ediblər.
"Unikal" "Associated Press"ə istinadən xəbər verir ki, ABŞ Gömrük və Sərhəd Mühafizəsi ilə Meksika rəsmiləri ötən gün şiddətli yağışlardan sonra Texas ştatının "Eagle Pass" yaxınlığında cəsədlər aşkar ediblər.
ABŞ nümayəndələri 6 cəsədi, Meksika nümayəndələri isə üç meyitini çıxarıblar.
Bu hadisə yaxın tarixdə ABŞ-Meksika sərhədində ən ölümcül suda boğulma hadisələrindən biridir.
Əlavə olaraq ABŞ ekipajları daha 37 nəfəri çaydan xilas edib və daha 16 nəfəri saxlayıb, Meksika nümayəndələri isə 39 miqrantı nəzarətə götürüb.
Aynurə Xudaverdiyeva