Roma Papası Fransisk yaxın vaxtlarda Moskva və Kiyevə səfər edə bilməyəcək.
"Unikal" xəbər verir ki, bu barədə Roma Papası özü məlumat verib və səfər edə bilməməsinin səbəbini səhhəti ilə əlaqələndirib.
O, həmçinin sentyabrın 13-15-də Qazaxıstanda dini liderlərin toplantısında da iştirak edə bilməyəcək.
"İndi gedə bilmirəm, çünki Kanadaya səfərdən sonra dizimin sağalması gecikdi", - Fransisk bildirib.
Qeyd edək ki, Papanın yaxın vaxtlarda Rusiya və Ukraynaya səfəri gözlənilirdi.
Ağarza Elçinoğlu