Bakıda keçirilən Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” sərgisi davam edir. Builki sərgidə dünyanın 30-a yaxın ölkəsindən 200-dən artıq şirkət iştirak edir. 

Müasir silah və texnikanın nümayiş etdirildiyi bu genişmiqyaslı tədbir pandemiyanın yaratdığı məcburi fasilədən sonra yenidən keçirilir. Sərginin xüsusi əhəmiyyəti ondan ibarətdir ki, o, Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı şanlı Zəfərdən sonra ilk dəfə təşkil olunur. Sərgidə Azərbaycan Ordusunun Qələbəsində müstəsna rol oynamış ölkənin hərbi-sənaye kompleksinin gücü və qüdrəti, müasir silahlar nümayiş olunur.

"Unikal" sərgidə nümayiş olunan Azərbaycan istehsalı olan silah-sursat, texnika və PUA-ların fotolarını təqdim edir:

FOTOLAR: Ayxan Məlikov